Modern.az

Kim Çen In danışıqlara başlamağı əmr edib

Kim Çen In danışıqlara başlamağı əmr edib

Dünya

3 Yanvar 2018, 11:24

Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In Cənubi Koreya ilə xüsusi rabitə vasitəsilə danışıqlara başlamağı əmr edib.

 

Modern.az "Reuters" agentliyinə istinadən məlumat verir ki, xüsusi rabitə vasitəsi saat 10:30-dan (GMT+4) etibarən açılacaq.

 

Qeyd edək ki, daha əvvəl Şimali Koreya Cənubi Koreya ilə öz yığmasının Qış Olimpiya Oyunlarında iştirakı barədə danışıqlara hazır olduğunu bildirmişdi. Seul Phenyanın bu təşəbbüsünü müsbət qiymətləndirib və Pxanmundcondayüksək səviyyədə danışıqlar aparmağı təklif edib. Cənubi Koreya tərəfinin təklifinə əsasən, bu danışıqlar yanvarın 9-da keçirilə bilər.

 

Sizə yeni x var
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU