Modern.az

Hərbi ekspert: “Azərbaycanın MDB birgə hərbi təlimlərinə qoşulması arzuedilən deyil”

Hərbi ekspert: “Azərbaycanın MDB birgə hərbi təlimlərinə qoşulması arzuedilən deyil”

6 İyul 2011, 18:37

“Soçi görüşündə MDB müdafiə nazirlərinin birgə hərbi təlimlərə dair əldə etdiyi razılaşmaya Azərbaycanın da qoşulması 2008-ci ildən sonra Cənubi Qafqazda baş verən proseslərin məntiqi nəticəsidir”. Bu barədə Modern.az saytına “Doktrina” İctimai Birliyinin sədri, hərbi təhlilçi Cəsur Sümərinli rəsmi Bakının “Hərbi Birlik -2011” döyüş təlimlərində iştirak ilə bağlı məlumatı şərh edərkən bildirib.

Ekspetin sözlərinə görə, Azərbaycan 2010 və 2011-ci illərdə ABŞ-la birgə hərbi təlimlər keçirməkdən imtina edib. “İndi Rusiya ilə birgə hərbi təlimlərə qoşulma isə Azərbaycanın hərbi-siyasi prioritetlərində ciddi dəyişikliklərin baş verməsinin göstəricisidir”.

“Fikrimcə, MDB çərçivəsində hərbi təlimlərdə iştirak Azərbaycanın strateji hədəflərinin reallaşdırılması yolunda bir maneədir. Əgər Azərbaycan gerçəkdən balanslı siyasət yürüdürsə, onda Qərblə birgə hərbi təlimlərə fasilə verib Rusiya ilə hərbi baxımdan bu qədər yaxınlaşmağa səy göstərməməlidir”-deyə C.Sümərinli vurğulayıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj