Xankəndindəki hava limanının tikintisi sentyabr ayında başa çatacaq. Modern.az “Panarmenian”-a istinadən bildirir ki, bunu separatçı –oyuncaq rejimin “aviasiya idarəsinin rəisi” Dimitri Atabaşyan deyib. Onun sözlərinə görə, hava limanını uçuş xəttində geniş tikinti işləri aparılır.
Atabaşyan həmiçinin bildirib ki, separatçı rejim Xankəndi hava limanına sertifikat almaq üçün MDB-nin Dövlətlərarası Aviasiya Komitəsinə (DAK) müraciət etmək barədə düşünmür. Atabaşyan bildirib ki, hava limanında işlər sona çatdıqdan sonra belə müraciət ediləcək.
Qeyd edək ki, Azərbaycanın Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov bildirib ki, DAK Xankəndi limanına sertifikat verməyəcəyini bəyan edib. “Əgər ermənilər müraciət etsələr də, belə bir sertifikat verilməyəcək”-deyə A. Məmmədov vurğulayıb.
Atabaşyan isə buna cavab olaraq Kıprıs Türk Cümhüriyyətinin Ərcan hava limanını nümünə gətirib. O qeyd edib ki, Kıprısın dünyada tanınmamasına rəğmən Ərcan hava limanı beynəlxalq statusu var. “Əgər beynəlxalq Aviasiya Komitəsi bizə sertifikat verməsə, bu ikili standart prinsipi kimi yozulacaq”-deyə erməni vurğulayıb.
Atabaşyan qeyd edib ki, sertifikat beynəlxalq statusu olan hava limanına verilir. “Biz beynəlxalq aeroport olmağa can atmırıq. Bu barədə danışmaq çox tezdir”-deyə erməni vurğulayıb.