Modern.az

Qubada itkin düşən alpinistlər Qəbələdə də axtarılır 

Qubada itkin düşən alpinistlər Qəbələdə də axtarılır 

3 Yanvar 2018, 14:53

Quba rayonu istiqamətində itkin düşmüş "Gilavar" hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları dayandırılmayıb.

 

Bu barədə Trend.az-a açıqlamasında "Gilavar" hava və ekstrim idman klubunun rəhbəri Ziya Qasımov bildirib.

Onun sözlərinə görə, axtarışlar fasiləsiz aparılır: "Bir neçə istiqamətdə axtarışlar davam etdirilir. Hazırda bizim axtarış qrupumuz Qəbələ rayonu ərazisində axtarışlara başlayıb. Axtarışlar bir neçə qrup tərəfindən aparılır. İnanırıq ki, alpinistlərimizi sağ-salamat tapacağıq. Bir neçə gün əvvəl izlər aşkarlamışdıq. Lakin həmin izlərin bizim alpinistlərə məxsus olub-olmadığını hələ dəqiq deyə bilmərik".

 

Z.Qasımov itkin düşən alpinistlərin icazəsiz səfərə çıxması məsələsinə də münasibət bildirib. Klub rəhbəri deyib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: "Alpinistlər icazəli və plan üzrə səfərə çıxmasaydılar, onlar Xınalıqdakı Sərhəd Qoşunlarının postundan keçə bilməzdilər. Onların icazəsi var idi ki, postdan keçə biliblər".

Xatırladaq ki, ötən il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətinə hərəkət edərkən onlarla əlaqə kəsilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu