Modern.az

Bakıda mənzildə 82 yaşlı kişi meyiti tapılıb

Bakıda mənzildə 82 yaşlı kişi meyiti tapılıb

3 Yanvar 2018, 16:40

Bakıda 82 yaşlı kişi meyiti tapılıb.

 

Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər veir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

 

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1936-cı il təvəllüdlü Koneev Ramazan Soberjanoviçin cəsədini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

 

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu