Sumqayıtdakı beşmərtəbəli yataqxana binasında yanğın olub. Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yataqxananın pilləkən qəfəsində taxtadan ibarət dolab 2 kvadrat metr sahədə yanıb.
Yanğın zamanı mənzillərdən 8 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.