Rusiyada yol qəzası 10 nəfərin həyatına son qoydu. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisə Xantı-Mansiy muxtar dairəsində baş verib. Yol qəzası nəticəsində 4-ü uşaq olmaqla 10 nəfər ölüb. Qəzanın baş verməsinə səbəb kimi sürücülərdən birinin idarəetməni itirməsi göstərilir.