5 iyul 2011- ci il tarixdə "Kür" Vətəndaş Cəmiyyəti Qərargahının üzvü, "Hürriyyət" qəzetinin bölgə müxbiri Məhbub Zülfüqarlı İmişl RİH-də döyülüb. Kür" Vətəndaş Cəmiyyəti Qərargahından Modern.az-a bildirilib ki, bölgə müxbirni İcra hakimiyyətinin şöbə müdiri Rahim Zahidovun qohumları tərəfindən vəhşicəsinə döyülüb. Ağır bədən xəsarəti alan, burun sümüyü sındırılan M. Zülfüqarlı xəstəxanaya yerləşdirilib.
“Təəssüf ki, ötən gün ərzində obyektiv araşdırma aparmaq əvəzinə polis tərəfləri barışdırmağa çalışıb və hələ ki, qarşı tərəf məsuliyyətə cəlb edilməyib. Hadisənin konkret olaraq hansı zəmində baş verməsi hələ ki tam aydın deyil. Yalnız onu deyə bilərik ki, Məhbub Zülfüqarlı daşqınlarla bağlı İmişlidə evlərin tikilməsi zamanı korrupsiya hallarına və ayrı- seçkiliyə yol verildiyini dəfələrlə bildirib. Məhz onun və digər yoldaşların köməkliyi ilə biz keçən
ay İmişlidə 38 evə baxış keçirdik. Hazırda 200-dən çox məhz həmin rayondan bizə müraciət məktubları var. Məhbub bəy bizə etdiyi müraciətdə İmişlidə tikilən evlərin bir qisminin İmişli RİH- nin şöbə müdiri Rahim Zahidovun qohumlarına məxsus olduğunu bildirmiş və bu evlərin siyahısını bizə təqdim edib”-deyə “Kür” Qərargahından bildirilib.
“Bizim "Kür" Qərargahı olaraq iyun ayında İmişlidə evlərə baxış keçirməmiz yerli İcra Hakimiyyəti tərəfindən yaxşı qarşılanmamışdı (!?). Buna görə yerli hakimiyyət tərəfindən Məhbub bəyə xəbardarlıq edilmiş, icra başçısının müavinləri bizim baxış keçirdiyimiz evlərə gedərək insanlardan "Kür" Qərargahına verdikləri ərizəni geri götürməyə məcbur etmişlər. Və buna görə hətta bəzi insanlara təzyiq də göstərilmişdir”.
"Kür" Qərargahının üzvləri bu gün İmişliyə səfər edərək Məhbub Zülfüqarlı ilə görüşüb
məsələ ilə daha ətraflı tanış olacaqlar.
Qərargah onun döyülməsindən sonra çəkilmiş fotosunu da yayıb.
Modern.az