Modern.az

Səhhətinə görə təcili İsrailə aparılmış azərbaycanlı deputat: “Hər kəsi təbrik edirəm  

Səhhətinə görə təcili İsrailə aparılmış azərbaycanlı deputat: “Hər kəsi təbrik edirəm”  

Aktual

4 Yanvar 2018, 11:21

Bir müddət öncə 53 saylı Quba-Qusar seçki dairəsinin deputatı Yevda Abramovun səhhətində ciddi problem yaranmışdı. Deputat  dekabrın 7-də onkoloji xəstəliyi ilə əlaqədar Milli Onkologiya Mərkəzinə yerləşdirilərək, cərrahi əməliyyat olunub. Daha sonra səhhəti yenidən pisləşdiyindən dövlət hesabına təcili İsraildəki xəstəxanalardan birinə yerləşdirilib.

Yəhudi  əsilli deputat Yevda Abramov Modern.az-a açıqlamasında səhətində artıq heç bir problemin olmadığını bildirib.

“Artıq səhətimdə heç bir problem yoxdur. Sağlıq durumum normaldır. Keçmiş Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə də hər kəsi təbrik edirəm”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu