Modern.az

Erməni kilsəsi İran hakimiyyətini DƏSTƏKLƏDİ: “Xaricdə təşkil olunub”

Erməni kilsəsi İran hakimiyyətini DƏSTƏKLƏDİ: “Xaricdə təşkil olunub”

Dünya

4 Yanvar 2018, 11:29

İrandakı son hadisələr xarici elementlər tərəfindən qızışdırılmışdı.

 

Modern.az İran KİV-nə istinadən xəbər verir ki, bu barədə erməni kilsəsinin İsfahan yeparxiyasının arxiyepiskopu Sipan Keçecyan deyib. İsfahan qubernatoru Möhsün Mehrəlizdə ilə görüşən arxiyepiskop etirazlar zamanı hücum və vandalizm faktlarını qəti şəkildə pisləyib.

 

“Təəssüf ki, bəziləri İranda üsyan etmək istəyir. Bu hadisələr xaric də təşkil olmuşdu” –deyə arxiyepiskop deyib.

Dekabrın 28-dən bəri davam edən etiraz aksiyalarında ölənlərin sayı 30-a yaxınlaşıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur