Modern.az

7 kəndin suyunu kəsən oğru tutuldu

7 kəndin suyunu kəsən oğru tutuldu

Aktual

4 Yanvar 2018, 12:19

Yanvarın 2-də Tərtər Rayon Polis Şöbəsiəməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il ayrı-ayrı vaxtlarda şəhər ərazisində və ayrı-ayrı kəndlərdə subartezian quyularının elektrik naqillərini kəsərək oğurlamaqda şübhəli bilinən şəxs yaxalanaraq istintaqa təhvil verilib.

        
DİN Mətbuat Xidmətindən Modern.az-a bildirilib ki, araşdırmalarla onun Evoğlu kənd sakini, əvvəllər məhkum olunmuş Xaliq Tağıyev olması məlum olub.


Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun şəhər ərazisində və daha 6 kənddə - Hüsənli, Buruc, Səhləbad, Köçərli, Azadqaraqoyunlu və Bayandurlu kəndlərində quyuları elektrik enerjisi ilə təmin edən kabellərin ümumilikdə 500 metrə yaxın hissəsini kəsərək oğurlaması müəyyən edilib.


Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

 

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu