Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, iyulun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin az buludlu, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26 dərəcə isti, gündüz 32-37 dərəcə isti təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25 dərəcə isti, gündüz 35-39 dərəcə isti, bəzi yerlərdə 41 dərəcə isti, dağlarda gecə 12-17 dərəcə isti, gündüz 26-31 dərəcə isti təşkil edəcək.
Yaxın 2 gündə hava şəraitinin yağmursuz keçəcəyi, cənub küləyinin üstünlük təşkil edəcəyi, temperaturun tədricən yüksələcəyi gözlənilir.
Modern.az