Modern.az

İranda rəsmən etirazların bitdiyi elan edildi

İranda rəsmən etirazların bitdiyi elan edildi

Dünya

4 Yanvar 2018, 13:03

İran İslam İnqilabının Mühafizə Korpusunun komandanı Məhəmməd Əli Cəfəri ölkədə qaranlıq dövrün bitdiyini elan edib.

 

Modern.az İran KİV-nə istinadən xəbər verir ki, komandan etirazçılarnı sayının 15 min nəfəri keçmədiyini xatırladıb.

“2017-ci il təxribatının sonlandığını elan edirəm. Etirazçıların sayı az olub və 15 min nəfəri keçməyib” –deyə Cəfəri deyib.

 

O həmçinin, ABŞ, Səudiyyə Ərəbistanı və İsrailin İrana qarşı təxribat hazırladığını, ölkə ərazisinə sızmalı olan terrorçu qrupun partlayışlar planlaşdırdığını xatırladıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur