Modern.az

Qobustanda DƏHŞƏTLİ HADİSƏ - İki azyaşlı bacı-qardaş diri-diri yandı

Qobustanda DƏHŞƏTLİ HADİSƏ - İki azyaşlı bacı-qardaş diri-diri yandı

Aktual

4 Yanvar 2018, 15:18

Yanvarın 4-də Qobustan rayonu, Qaracüzlü kəndində dəhşətli hadisə yaşanıb. 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, ümumi sahəsi 80 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı 2013-cü il təvəllüdlü Babaşov Vidadi Zəkəriyyə oğlu və 2016-ci il təvəllüdlü Babaşova Zəhra Zəkəriyyə qızının yanmış meyitləri aşkar olunub.

Yanğın zamanı 1 nəfər azyaşlı (2011-ci il təvəllüd) yanıq xəsarətləri alıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu