Modern.az

Asim Mollazadə AŞPA-dakı nümayəndə heyətimizə seçilməyindən DANIŞDI  

Asim Mollazadə AŞPA-dakı nümayəndə heyətimizə seçilməyindən DANIŞDI   

Aktual

4 Yanvar 2018, 15:36

Xəbər verdiyimiz kimi, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin tərkibindən deputatlar Elxan Süleymanov, Müslüm Məmmədov və Elşən Musayevin  çıxarılıb.

Onların əvəzinə isə deputatlar Elşad Həsənov, Ülviyyə Ağayeva və Asim Mollazdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibinə daxil edilib.

Modern.az-ın əməkdaşı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibinə yeni daxil edilən deputat Asim Mollazadə ilə əlaqə saxlayıb.

Deputat bildirib ki, Milli Məclis və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbərliyinin təşəbbüsü ilə heyətin tərkibinə daxil edilib.

“Milli Məclis və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbərliyinin təşəbbüsü ilə Azərbaycanın qurumdakı nüamyəndə heyətinin tərkibinə daxil edilmişəm. Bunun isə hansı zərurətdən yarandığı barədə heç nə deyə bilmərəm. Bunu Milli Məclis və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbərliyi bilər”.

A.Mollazadə AŞPA-nın Azərbaycan üçün önəmli qurum olduğunu qeyd edib.

“Azərbaycan xalqı Avropa Şurasının dəyərlərini bölüşür. Bildiyimiz kimi, AŞPA-da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə də qəbul edilib. Bu qurum Azərbaycan reallıqlarını dünyaya çatdırmaq üçün vacib bir platformadır”.

Deputat bildirib ki, yanvarın sonunda AŞPA-nın qış sessiyası öz işinə başlayacaq.

“Həmin iclasda Azərbaycanın qurumdakı nüməyəndə heyəti də iştirak edəcək”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu