Polis əməkdaşları 3 kiloqramdan çox heroin aşkar etdilər
Modern.az DİN Mətbuat Xidmətinin Lənkəran Regional qrupundan aldığı məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsiəməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Pərdi kənd sakini Oqtay Rufullayev saxlanılıb. Onun üzərinə baxış keçirilərkən narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxsinyaşadığı evə də baxış keçirilib. Evin həyətindəki tövlədə gizlədilmiş 2 bükümdə narkovasitə polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülüb.
Onun üzərindən və həyətindəkitövlədən götürülmüş, ekspertizaya təqdim olunan narkotik vasitənin ümumi çəkisi 3 kiloqram 118qram heroin olması barədə rəy verilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.