Modern.az

Sabirabadda kabel oğruları tutulub

Sabirabadda kabel oğruları tutulub

Aktual

4 Yanvar 2018, 18:58

Sabirabad rayonunda kabel oğruları saxlanılıb.

 

DİN-in  mətbuat xidmətindən Modern.az-a verilən məlumata görəSabirabad rayonunun Rüstəmli kəndində yerləşən “Yeni Zəngilan” qəsəbəsində elektrik enerjisi olmayan dirəklərdəki alüminium məftillər naməlum şəxslər tərəfindən oğurlanıb.

 

Sabirabad RPŞ-nin Qaragüney polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Zəngilan rayon Pirveyis kənd sakinləri - Maqsud Məmmədov, Möhlət Məmmədov və həmin rayonun Kolqışlaq kənd sakini Rəhim Cəfərquliyev saxlanılaraq istintaqa təqdim olunublar.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu