Modern.az

Azərbaycandan gedib Bosniyada məşqçi oldu

Azərbaycandan gedib Bosniyada məşqçi oldu

Aktual

4 Yanvar 2018, 20:50

Azərbaycan milli komandasının sabiq baş məşqçisi Robert Prosineçkinin yeni iş yeri məlum olub. Modern.az Apasport.az-a istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssis Bosniya və Herseqovina yığmasının “sükanı arxası”na keçib.

 

Bu barədə qərar ölkənin futbol federasiyasının İcraiyyə Komitəsinin bugünkü iclasında verilib. Komitə üzvləri Amar Osimlə Prosineçki arasında seçim ediblər.

 

49 yaşlı mütəxəssis yeni iş yerində fəaliyyətə bu ayın sonunda başlayacaq. O, milli komandanı yanvarın 28-də ABŞ-da təlim-məşq toplanışına aparacaq və 3 gün sonra yetirmələri ilk matçında Meksika ilə qarşılaşacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu