İŞİD terror qruplaşması Kabildə baş verən terror aktına görə məsuliyyəti üzərinə götürüb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, terrorçu kamikadzenin özünü partlatması nəticəsində 15 nəfər ölüb, daha 25 nəfər yaralanıb.
Digər məlumatlara görə, ölən və yaralıların ümumi sayı 80 nəfərdir. Bunlar hüquq-mühafizə oranlarının əməkdaşlarıdır.
22:30
Əfqanıstanın paytaxtı Kabildə baş verən partlayış nəticəsində azı 11 nəfər həlak olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı daha 25 nəfər xəsarət alıb.
Məlumata görə, kamikadze polis əməkdaşlarının yanında özünü partladıb.
21:27
Əfqanıstanda partlayış törədilib. Modern.az “RİA "Novosti"yə istinadən xəbər verir ki, partlayış paytaxt Kabildə törədilib. Hələlik ölən və xəsarət alanlar barədə məlumat verilmir.
Şahidlərin sözlərinə görə, hadisəni terrorçü kamikadze törədib.