Modern.az

Siqaret çəkənlər şadlıq evindən çıxarılacaq - Video

Siqaret çəkənlər şadlıq evindən çıxarılacaq - Video

Aktual

4 Yanvar 2018, 22:56

"Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında" qanunun qüvvəyə minməsi ilə paytaxtın əksər şadlıq sarayları fəaliyyətlərində müəyyən dəyişikliklər ediblər. Modern.az “Xəzər xəbər”ə istinadən xəbər verir ki, şadlıq saraylarından qadağanedici nişanların vurulması ilə yanaşı, içəridə siqaretin çəkilməməsi ilə bağlı toy sahiblərinə xəbərdarlıq da edildiyi bildirilib. Qonaqların zallarda siqaretdən istifadə etmələrinə isə inzibatçılar nəzarət edir.

İnzibatçılar bildirir ki, xəbərdarlığa məhəl qoymayan şəxslər zaldan çıxarılacaq.

 

Bununla belə restoran sahibləri qonaqlara qanunun tələblərini izah etməyə çalışırlar.

 

Qeyd edək ki, sözügedən qaydaya əməl etməyənlər 30 manat miqdarında cərimə edilirlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu