Goranboyda kütləvi dava olub. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə zamanı 3 nəfər bıçaq xəsarəti alıb.
Onlardan ikisi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Dava zamanı bıçaq xəsarəti alan daha bir nəfər isə hadisə yerində ölüb.
Davanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.