Modern.az

Paytaxtda gənclər arasında kütləvi dava

Paytaxtda gənclər arasında kütləvi dava

Aktual

4 Yanvar 2018, 23:46

Bakının Xətai rayonunda gənclər arasında kütləvi dava olub. Modern.az APA-ya istinadən xəbər verir ki, insident NZS qəsəbəsi, Nobel prospektində baş verib.

 

Gənclərin əlbəyaxa davası 1993-cü il təvəllüdlü Əliyev Sənan Səfər oğlunun bıçaqlanması ilə bitib. O, ətrafdakıların köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb və dərhal əməliyyat edilib. Müəyyən edilib ki, bıçaq xəsarətləri S.Əliyevə döş qəfəsindən və qarnından yetirilib. Xəstəxanaya gətirilərkən vəziyyəti ağır olub.

 

Bıçaqlanma ilə bağlı Xətai polisinə məlumat verilib. Hadisənin iştirakçısı olan bir neçə nəfərin polis tərəfindən saxlanıldığı bildirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu