Modern.az

Türkiyədə İŞİD-lə əlaqəli 26 nəfər saxlanıldı

Türkiyədə İŞİD-lə əlaqəli 26 nəfər saxlanıldı

Dünya

5 Yanvar 2018, 00:29

Türkiyədə İŞİD-lə əlaqəsi olan daha 26 nəfər saxlanılıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Bingöl vilayətinin rəhbərliyiməlumat yayıb.

Məlumata görə, qonşu Suriyada və İraqda İŞİD-in iştirakı ilə silahlı münaqişə başlayandan bəri Türkiyənin hüquq-mühafizə orqanları bu terror qruplaşmasıyla əlaqədə şübhəli bilinən 5 min nəfərdən çox şəxsi saxlayıblar. 95 ölkədən olan 3 min 290 nəfər Türkiyədən deportasiya edilib, təxminən 38 min insanın isə ölkəyə girişi qadağan olunub. Hazırda qoruma altında 780 nəfər var, onların 350-si əcnəbidir. Saxlanılanların bir hissəsi terror ittihamı ilə həbs olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur