Tbilisi şəhər məhkəməsinin Mixail Saakaşvilini 3 il müddətinə azadlıqdan məhrum etməsi ilə bağlı qərarı onun dərhal Gürcüstana deportasiya olunmasına şərait yaradır. Modern.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı İqor Mosiyçuk deyib.
“Saakaşvili səlahiyyət həddini aşdığı üçün 3 il müddətinə azadlıqdan məhrum edilib. O, əfv komissiyasının xəbəri olmadan bank işçisini öldürən 3 cinayətkarı azad edib. Bu fakt Saakaşvilinin dərhal Gürcüstana deportasiyasına əsas verir”.