Modern.az

Cümhuriyyət nazirinin üzrxahlıq” ifadəsi: “Rəsulzadə ilə fikir ayrılığında idim”

Cümhuriyyət nazirinin “üzrxahlıq” ifadəsi: “Rəsulzadə ilə fikir ayrılığında idim”

Aktual

5 Yanvar 2018, 13:24

Artıq bir neçə aydan sonra Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi tamam olacaq. Modern.az-ın bu şanlı tarixlə bağlı “AXC-100” adı altında hasızrladığı yazılar, araşdırmalar silsiləsi davam edir.

 

Bu dəfə Cümhuriyyətin daha bir başıbəlalı fədaisi, xarici işlər naziri Məhəmmədhəsən Hacinskinin intiharından danışacağıq.

M.Hacinski haqqında çox yazmaq və danışmaq olar. Onun fəaliyyəti barəsində müxtəlif yazılar yazmağa çalışacağıq. Lakin Hacınskinin bəzi məqamlarda yol verdiyi səhvlər də olub ki, ondan Cümhuriyyət sevdalısı insanlarda təəssüf doğurmaya bilmir. Doğrudur, həm Hacınskinin özü, həm də aid olduğu ailənin ölkə üçün faydaları çox olub. Onun özü də həm peşəkar mühəndis, həm də ictimai xadim kimi Cümhuriyyətə çox xeyir verib. 
Lakin Modern.az-ın araşdırmaçı Lətif Şüküroğluya istinadən təqdim etdiyi arxiv izahatında bəzi ürəkaçmayan məqamların şahidi oluruq. Kim bilir, bəlkə də işgəncələrdən sonra zorla yazdırılıb. Çünki o zaman Cümhuriyyətin repressiyaya uğrayan simalarına çox işgəncə verilirdi. Bəlkə də, bu səbəbdən Hacınski özünü saxlandığı kamerada asmışdı.

 

Məmmədhəsən Hacınski 21 dekabr 1930-cu ildə istintaqa verdiyi ifadəsində deyirdi:

“Hələ sovetləşmədən əvvəl, 1917-ci ildə və sonralar mən Rəsulzadə ilə fikir ayrılığına malik idim. O belə hesab edirdi ki, fasiləsiz üsyan xalqı bərkidir... Mənsə bu fikirdə idim ki, bunu ancaq böyük xalqlar, rus qrupları edə bilərlər.

Mən deyirdim ki, müstəqil Azərbaycan müsavatın gücü ilə deyil, dünya hadisələrinin inkişafının nəticəsi kimi meydana çıxıb... Azərbaycanın taleyi bu ağır itkilərlə deyil, dünya hadisələrinin nəticəsində həll olunacaq...

Sonra mən daim öz fikrimi deyir və buna qəti inanırdım ki, milliləşdirilmiş Zaqafqaziyada federasiya ola bilməz. Bu daim balıq, xərçənk, durna olacaq. Gürcüstan Avropaya meyl edir, Ermənistan Rusiyaya meyl etməklə Türkiyə ilə düşmənçilik edəcək, Azərbaycan isə əksinə Türkiyə ilə yaxınlaşmaqla Rusiya ilə ziddiyətdə olacaq...

Mən daim deyirdim ki, sovet quruluşu keçmiş Rusiyanın hüdudlarından kənara çıxsa, SSRİ-yə heç olmasa bir nəhəng Avropa dövləti (Almaniya) birləşsə, Azərbaycan Zaqfederasiya ilə yubanmadan Komintemə daxil olar və velikorus cəhdinə son qoyular. 1920-ci ildə Şahtaxtinski  nümayəndə heyətinin tərkibində Moskvaya gedəndə belə düşünürdük ki, Komintemə gedirik (Nərimanovun göstərişi belə idi), ancaq Şahtaxtinski sonra mənə dedi ki, bu baş tutmur, hələlik Azərbaycan RKP-yə daxil olur...

Mən daim faciənin həyacanını keçirirdim. Görürdüm, yüz dəfə demişdim ki, əgər bu gün SSRİ məhv olsa, onunla birlikdə bir neçə dövlətin də müstəqilliyi  itəcək. Mən daim tərəddüd edirdim... Sovet hakimiyyətinə milli zəmində düşmən olmaqla mən elə bir il, ay olmayıb ki, özümlə mübarizə aparmayım”.

 

Hazırladı: E.Nihad

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu