Xəzər dənizində zəlzələ olub. Modern.az xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanlar yerli vaxtla 18:54-də Nardarandan 24 kilometr şimalda dənizdə qeydə alınıb.
Zəlzələnin maqnitudası 2,7, dərinliyi 5 kilometr olub.
Zəlzələ dənizkənarı yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
Yeraltı təkanların təxminən 10-15 saniyəyə kimi davam etdiyi və yerli sakinlər tərəfindən aydın hiss edildiyi bildirilir.