Modern.az

“İtkin düşən alpinistlər sağ qala bilərlər”– Klub rəhbəri, Video

“İtkin düşən alpinistlər sağ qala bilərlər”– Klub rəhbəri, Video

Aktual

5 Yanvar 2018, 20:02

"İtkin düşən alpinistlər peşəkar olduqlarından üç həftə sağ qala bilərlər". Modern.az "Report"a istinadən xəbər verir ki, bunu "Gilavar" Hava-Ekstremal İdman Klubunun rəhbəri Ziya Qasımov bildirib.

 

Onun sözlərinə görə, itkin düşənlərin hər üçü peşəkar alpinistdir: "Bu sahə üzrə peşəkar olan alpinistlər belə şəraitdə üç həftə sağ qala bilirlər. Axtarışlar davam edir, aidiyyəti qurumların əməkdaşları hər hansı bir nəticə əldə etmək üçün birgə səylə çalışırlar. Axtarışlar iki istiqamətdə - Qəbələ və Mahmuddərə ərazilərində davam etdirilir".

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu