Modern.az

Bələdiyyə işçisi iki piyadanı vurdu

Bələdiyyə işçisi iki piyadanı vurdu

Aktual

5 Yanvar 2018, 22:42

Bu gün saat 18:00 radələrində Ələt-Astara magistral avtomobil yolunun Cəlilabad rayonunun Göytəpə şəhərindən keçən hissəsində 2 piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Modern.az "Report"a istinadən xəbər verir ki, 1966-cı il təvəllüdlü rayon sakini Bədirov Qabil İsrafil oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə Göytəpə şəhər sakinləri - 1956-cı il təvəllüdlü Qafarov Qəhrəman Yusif oğlu və Qurbanov Rafiq Səxavət oğlunu vurub.

 

Yaralılar müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb.

 

Sürücü Q.Bədirov rayonun Privolnoye bələdiyyəsinin üzvüdür.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu