Modern.az

Müftinin həyat yoldaşının prezidentliyə namizədliyi təsdiqlənmədi

Müftinin həyat yoldaşının prezidentliyə namizədliyi təsdiqlənmədi

Dünya

5 Yanvar 2018, 23:42

Mərkəzi Seçki Komissiyası Dağıstan müftisinin həyat yoldaşı, “İslam” jurnalının baş redaktoru Ayna Həmzətovanın Rusiya prezidenti vəzifəsinə namizədliyini qeydə almayıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb kimi qeydiyyat prosedurunun pozulması göstərilib.

 

Bundan əlavə, A.Həmzətova bütün lazımı, o cümlədən özü və həyat yoldaşının maliyyə vəziyyətini əks etdirən sənədləri təqdim etməyib.

 

Dekabrın 30-da 542 nəfərdən ibarət təşəbbüs qrupu Dağıstan müftisinin həyat yoldaşı, “İslam” jurnalının baş redaktoru 46 yaşlı Ayna Həmzətova Rusiya prezidenti vəzifəsinə namizədliyini irəli sürüb.

 

Qeyd edək ki, Rusiyada seçkiqabağı kampaniya dekabrın 17-də start götürüb. Prezident seçkiləri 2018-ci il, martın 18-ə təyin edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur