Modern.az

ABŞ 4 məmura qarşı sanksiya tətbiq etdi

ABŞ 4 məmura qarşı sanksiya tətbiq etdi

6 Yanvar 2018, 09:21

ABŞ maliyyə nazirliyi Venesuelanın 3 yüksək vəzifəli hakimiyyət nümayəndələrinə və bir sabiq məmuruna qarşı sanksiyalar tətbiq edib.

 

Bu haqda Modern.az xarici KİV-ə istinadən xəbər verir.

Sanksiyalar sərhədlərdə təhlükəsizliyin təmin edilməsi məsələləri üzrə hökumət strukturunun rəhbəri İskuedro Torresə, Araquanın qubernatoru Mark Torresə, Milli Qvardiyanın strukturlarından birinin rəhbəri Zavaras Pabona və Bolivarın saviq qubernatoru Rangel Qomesə qarşı tətbiq edilib.

 

ABŞ maliyyə nazirliyi həmçinin dünya birliyini də bu sanksiyalara qoşulmağa çağırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu