Modern.az

Sankt-Peterburqda azərbaycanlını oğurlayıb öldürdülər

Sankt-Peterburqda azərbaycanlını oğurlayıb öldürdülər

6 Yanvar 2018, 15:10

İki gün əvvəl axşam saatlarında Sankt Peterburqun şimalındakı "Monpasye” ticarət-əyləncə mərkəzinin yaxınlığında 29 yaşlı oğlan bir neçə naməlum adam tərəfindən oğurlanıb.

 

Modern.az saytının Rusiya KİV-nə istinadən xəbərinə görə, 29 yaşlı oğlanın azərbaycanlı olduğu müəyyənləşib.

 

O,  şəhər xəstəxanalarından birində ölüb.

 

Qeyd edək ki, həmin şəxs yanvarın 5-də Leninqrad vilayətindəki "Sestroreçye" bağçılıq təsərrüfatına gedən yollardan birinin kənarında ölümcül vəziyyətdə tapılmışdı. Onun üzərində döyülmə nəticəsində yetirilən çoxsaylı xəsarətlər aşkarlanmışdı.

 

Şahidlər bildirir ki, Azərbaycan vətəndaşı olan həmin şəxsi yanvarın 4-də beş və ya altı nəfərdən ibarət naməlum qrup döyərək yaşıl rəngli “Hyundai” avtomobilinin yük yerinə salmış və hadisə yerindən uzaqlaşıb.

 

Faktla bağlı “insan oğurluğu” maddəsi ilə cinayət işi qaldırılıb.

 

Əbülfəz KƏRİMOV

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi