Modern.az

Gürcüstanda benzin bahalaşdı

Gürcüstanda benzin bahalaşdı

Dünya

6 Yanvar 2018, 22:00

Keçən il Gürcüstanda bir sıra istehlak mallarının qiymətləri  artıb. Modern.az “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.

 

Məlumata görə, 2017-ci ildə avtomobil yanacağının (benzin, dizel və maye qaz) qiymətləri 30 faiz bahalaşıb.

 

Digər yanacaq növlərində bahalaşma 15 faiz civarında olub.

 

İl ərzində ən çox tütün və alkoqollu içkilərin qiyməti qalxıb. Yerli istehsal olan tütün məhsullarının qiyməti 45 faiz, xaricdən gətirilən siqaretin qiyməti 32 faiz bahalaşıb. Spirtli içkilərdə bahalaşma 17,5 faiz həddində olub.

 

Bahalaşan məhsullar sırasında ikinci yerdə yanacaq dayanır.

 

Səhiyyə xidmətlərində bahalaşma 8,1 faiz olub, ərzaq və spirtsiz içkilərin qiymətləri 7,3 faiz bahalaşıb.

 

Gündəlik tələbat məhsullarından kartof, pomidor, xiyar, limon, düyü, xama, şəkər, alma və digər məhsulların qiymətlərində artım 17-68 faiz arasında dəyişib.

 

İl ərzində 6,7 faizlik inflyasiya qeydə alınıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur