Modern.az

Türkiyə ordusu İraqda 6 terrorçunu məhv edib

Türkiyə ordusu İraqda 6 terrorçunu məhv edib

Aktual

7 Yanvar 2018, 18:07

Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) İraqın şimalındakı Kani Raş bölgəsində həyata keçirdiyi əməliyyat nəticəsində 6 terrorçunu məhv edib.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, terrorçular sərhəd bölgəsində yerləşən məntəqələrə hücum hazırlamaqda şübhəli bilinir.

 

Türkiyə Hərbi Hava Qüvvələrinin Baş qərargahından verilən məlumata görə, İraqın şimalında terrorçulara aid hədəflərin zərərsizləşdirilməsi davam etdirilir.

 

Hərbi təyyarələr əməliyyatdan sonra bazaya qayıdıblar.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu