Modern.az

Yəməndə koalisiyaya məxsus təyyarə vuruldu

Yəməndə koalisiyaya məxsus təyyarə vuruldu

Aktual

7 Yanvar 2018, 21:08

Yəmənin Saada əyalətində Səüdiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyaya məxsus hərbi təyyarə qəzaya uğrayıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, təyyarənin pilotları xilas ola bilib.

Koalisiyanın məlumatına əsasən, təyyarə texniki nasazlıq səbəbindən qəzaya uğrayıb.

Qeyd edək ki, Yəməndə üsyançı husilər və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar  arasında münaqişə 2014-cü ildən davam edir. Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası 2015-ci il, martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu