Mingəçevir şəhərində yeniyetmə qız intihara cəhd edib. Modern.az “Report”a xəbər verir ki, hadisə şəhərin N.Rəfibəyli küçəsi, 11 ünvanında qeydə alınıb.
2002-ci il təvəllüdlü N.O yaxınları ilə mübahisə etdikdən sonra sirkə turşusu içərək özünü öldürmək istəyib. Qız ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.