Modern.az

Qeyri-adi toy karvanı - Video

Qeyri-adi toy karvanı - Video

Aktual

7 Yanvar 2018, 23:40

Sumqayıtdan Bakıya gəlin gətirən toy karvanı görənlərin marağına səbəb olub. On bir ədəd "Qaz-24" avtomobilin olduğu karvan bəylə gəlini müşayiət edib.

Modern.az  “Xəzər xəbər”ə istinadən xəbər verir ki, bu ideyanı bəyin böyük qardaşı Çingiz Suleymanlı irəli sürüb. Bəy də ideyanı bəyəndiyi üçün Çingizin dostları öz "Qaz-24" avtomobillərindən ibarət karvan təşkil ediblər.

Bəyin atası Tahir Süleymanlı deyir ki, qeyri-adi toy karvanı qız evi tərəfindən də müsbət qarşılanıb. Onlar hətta, sifariş verdikləri digər maşınlardan imtina ediblər.

"Qaz-24" avtomobillərindən ibarət toy karvanı ətrafdan onu görən hər kəsdə maraq oyadıb.

Karvanda əvvəlcədən 15 avtomobilin iştirakı planlaşdırılıb. Lakin sonradan bəzi səbəblərdən onların sayı 11-ə endirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu