Modern.az

Bakıdan uçan təyyarə Tbilisi aeroportuna eniş edə bilmədi

Bakıdan uçan təyyarə Tbilisi aeroportuna eniş edə bilmədi

Aktual

8 Yanvar 2018, 11:23

Bakıdan uçan təyyarə güclü duman nəticəsində Tbilisi beynəlxalq hava limanına eniş edə bilməyib.

 

Modern.az "İnterfaks"a istinadla xəbər verir ki, sıx duman bazar ertəsinə keçən gecə Tbilisi aeroportunda bütün aviareyslərin təxirə salınmasına səbəb olub.

 

Hava limanının administrasiyasından bildiriblər ki, hazırda duman səbəbindən 10 planlaşdırılmış aviareys ləğv olunub, bir neçə reys isə gecikir.

 

Ləğv edilmiş reyslərin nə vaxt bərpa olunacağı barədə dəqiq məlumat verilmir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu