Daxili İşlər Nazirliyi Abşeron rayonunda törədilmiş qətlllə bağlı məlumat yayıb.
Modern.az DİN-ə istinadən xəbər verir ki, yanvarın 8-də Abşeron rayonunun Saray qəsəbəsində yaşayan Nicat Muradovun evində Qax rayon sakini olan qayınanası Xədicəbəyim Seyidəliyevanın üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.
Evdən qızıl əşyaların oğurlanması da müəyyən edilib.
Abşeron Rayon Polis İdarəsi və rayon Prokurorluğu əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən qadının nəvəsi Nihat Muradov saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalarla hadisənin tamah məqsədilə törədilməsi müəyyən edilib və ondan qızıl əşyalar maddi sübut kimi götürülüb.