Daxili İşlər Nazirliyi arvadını öldürən ərlə bağlı məlumat yayıb.
Modern.az DİN-ə istinadən xəbər verir ki, yanvarın 9-da Abşeron rayonunun Xırdalan şəhəri 20 Yanvar küçəsindəki evlərdən birinin həyətində Kürdəmir rayon sakini Elgün Ağasənov münaqişə zəminində arvadı Axirə Nadirovaya bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib. Nəticədə A.Nadirova hadisə yerində ölüb.
Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Ağasənov saxlanılıb.
Araşdırma aparılır.