Modern.az

Ermənistan yeni itkilərini etiraf etdi - Daha 2 ÖLÜ

Ermənistan yeni itkilərini etiraf etdi - Daha 2 ÖLÜ

10 Yanvar 2018, 15:50

Ermənistan ordusu yeni itkiləri barədə məlumat açıqlayıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, ötən gecə cəbhənin şimal-şərq istiqamətində Ermənistan ordusunun iki hərbçisi – müddətdən artıq xidmət edən (MAXE) Vaaqn Ovsepoviç Qdalyan (1996-cı il) və əsgər Razmik Arutyunoviç  Ambartsumyan (1998-ci il) ölüb.

Düşmən tərəfi yaralıların olduğunu etiraf etsə də, onların dəqiq sayı məlum deyil. Hadisənin minomyot mərmisinin partlaması nəticəsində baş verdiyi deyilir.

 

 

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu