Modern.az

Moskvadakı ziyalılardan prezidentə təşəkkür

Moskvadakı ziyalılardan prezidentə təşəkkür

10 Yanvar 2018, 20:06

Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib. Prezidentin bu qərarı  ölkə daxilində yaşayan insanlarla yanaşı, Azərbaycandan kənarda çalışan soydaşlarımız tərəfindən də mənmunluqla qarşılanıb. Rusiyada yaşayan Azərbaycan ziyalıları adından redaksiyamıza daxil olan müraciətdə ölkə başçısına minnətdarlıq ifadə olunub. Azərbaycan Xalq Cümhuriyyətinin araşdırıcısı, Azərbaycan diasporunun Rusiyadakı, buna qədər isə Fransa və Avropadakı tanınmış simalarından biri Ramiz Abutalıbov Modern.az-a eksklüziv açıqlamasında bununla bağlı fikirlərini bölüşüb.

 

R.Abutalıbov qeyd edib ki, bu xəbər onu uzun illər Azərbaycan Xalq Cümhuriyyətinin,  Azərbaycan siyasi mühacirlərinin bir tədqiqatçısı, onun qurucularının həyat və fəaliyyətlərinin araşdırıcısı, təbliğatçısı kimi olduqca sevindirib: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması çox mühüm tarixi, siyasi əhəmiyyətə malik olan bir hadisədir. Azərbaycan dövlətçilik tarixinin xüsusi mən deyərdim ki, şanlı səhifələrindən biridir. Azərbaycan Xalq Cümhuriyyətinin  yaranmasından 100 illik müddət keçməsinə baxmayaraq,  AXC-nin Azərbaycanın dövlətçilik tarixindəki rolu daim xatırlanmış,  bu tarixə böyük diqqət və ehtiramla yanaşılmışdır.  Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi təqdirə layiq bir hadisədir və dövlətimizin başçısının milli dövlətçilik tariximizə diqqətin  və qayğının  göstəricisidir. Düşünürəm ki, 2018-ci il ərzində bununla əlaqədar həm ölkəmizdə, eləcə də ölkəmizdən kənarda  bir çox tədbirlər keçiriləcək. Azərbaycan Xalq Cümhuriyyətinin  qurucularının həyatı və fəaliyyətləriylə bağlı kitablar dərc olunacaq, məqalələr yazılacaqdır. Mən hesab edirəm ki, "Azərbaycan Xalq Cümhuriyyəti İli"  ərzində keçirilən tədbirlər  müasir gənclərimizin milli vətənpərvərlik ruhunda tərbiyəsi, onların dövlətçilik məfkurəsi ətrafında sıx birləşməsi kimi vacib və aktual  məsələlərdə, dövlətimizə və xalqımıza məhəbbət ruhunda tərbiyə edilməsində   böyük rolu oynayacaqdır. Azərbaycan Xalq Cümhuriyyəti İli"ndə keçiriləcək çoxsaylı tədbirlər dövlətçilik tariximizin, ənənlərimizin öyrənilməsi və təbliğ olunmasına, xüsusilə gənc nəsilin dövlətçilik şüurunun möhkəmlənməsinə xidmət edəcək”.

 

Ramiz Abutalıbov qeyd edib ki, bu təkcə onun deyil, Rusiyada yaşayan ziyalıların fikirləridir. Prezidentin 2018-ci ili Azərbaycanda  "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan etməsi ölkəsinə bağlı olan, onun tarixinin öyrənilməsi, təbliğ edilməsində maraqlı olan bütün ziyalılar tərəfindən alqışlanır.

 

R.Abutalıbov özünün "Azərbaycan Xalq Cümhuriyyəti İli" ilə bağlı planlarını da açıqlayıb: “O ki, qaldı şəxsən mənim bu il görəcəyim işə. Onu deyə bilərəm ki, artıq Moskvada Heydər Əliyev Fondunun  maliyyə dəstəyi ilə “Əlimərdan Topçubaşı. Paris arxiv 1919-1940” kitabının dördüncü cildi capa hazırlanır. Kitab bu ilin may ayında capdan çıxacaq.

Bu günə kimi kitabın 3 cildi nəşr edilib oxucularımızın ixtiyarına verilib. Kitabın tərtibçiləri  tarix elmləri doktoru  Giorgi Mamulia və mən, elmi redaktoru  isə tarixçi alim professor İsmayıl Ağakişiyevdir”.

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu