Gəncə şəhərində 27 yaşlı gənc bıçaqlanıb. Modern.az “Report"a istinadən xəbər verir ki, hadisə şəhərin "Keçəllər" deyilən ərazisində qeydə alınıb.
Belə ki, Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Azər Ələsgərov naməlum şəxs tərəfindən küçədə bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Onun əməliyyatdan sonra vəziyyətinin orta-ağır olduğu bildirilir.
Onu bıçaqlayan şəxs isə hadisə yerindən qaçıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisənin səbəbləri araşdırılır və cinayəti törədən şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.