Azərbaycan Mətbuat Şurasında “Azərbaycanın sosial-iqtisadi həyatı və “İki sahil” qəzeti” mövzusunda “dəyirmi masa” keçiriləcək. Mətbu nəşrin 20 illik yubileyinə həsr ediləcək tədbir iyulun 12-də saat 12.00-da baş tutacaq.
“Dəyirmi masa”ya ölkənin tanınmış ziyalıları, media mütəxəssisləri, müntəzəm yayımlanan, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrinin rəhbərləri qatılacaqlar. Toplantıda müstəqil respublikamızın həmyaşıdı olan “İki sahil”in keçdiyi yola nəzər salınacaq, qəzetin yaradıcılıq xüsusiyyətlərinin təhlili aparılacaq.
Modern.az