Modern.az

Azərbaycanda daha 37 nəfər şübhəli saxlanıldı  

Azərbaycanda daha 37 nəfər şübhəli saxlanıldı   

11 Yanvar 2018, 09:29

Ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələrin statistikası bəlli olub.
Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, yanvarın10-da respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 129 cinayət faktı qeydə alınıb, onların da 28-i “isti izlər”lə açılıb.

Axtarışda olduğuna görə 15 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb. 

        
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17 fakt müəyyən edilib.

        
Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu