"QHT menecmenti" adlı kitab nəşr olunub. Modern.az xəbər verir ki, metodik vəsait Azərbaycan Turizm və Menecment Universitetində Eldar Aslanov,İsrayıl İsgəndərov, Sahib Məmmədov və Elməddin Hacıyevin müəllifliyi ilə hazırlanıb.
Metodik vəsaitdə QHT -lərin fəaliyyətinin mahiyyəti, fəlsəfəsi və təkamülü prosesi, qanunvericilik əsasları, QHT-lərin yaradılması, qeydiyyat prosesi, təşkilat daxili idarəetmə mexanizmləri kimi mövzular öz əksini tapıb.
Vəsaitdə eyni zamanda mövzuların tədrisi metodikasına dair tövsiyələr, müxtəlif situasiya təhlilləri verilib. Vəsaitdən ali məktəb müəllimləri, tələbələr, QHT menecerləri , təlimçilər və bu sahə ilə maraqlanan hər bir şəxs istifadə edə bilər.