İstanbul polisi tərəfindən növbəti antiterror əməliyyatı keçirilib.
Bu haqda Modern.az xarici KİV-ə istinadla xəbər verir. Məlumata görə əməliyyat İstanbulun 7 rayonunda həyata keçirilib.
Əməliyyat nəticəsində İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 42 əcnəbi saxlanılıb.
Saxlananların hərbi əməliyyatlarda iştirak etdiyi ehtimal edilir.
Həmin şəxslərin vətəndaşlıqları açıqlanmır.