Modern.az

Bu il üç dəfə Günəş tutulması olacaq

Bu il üç dəfə Günəş tutulması olacaq

11 Yanvar 2018, 18:05

Bu il üç dəfə Günəş tutulması (qismən tutulma) baş verəcək. Onlardan ikisi cənub, biri isə şimal yarımkürəsini əhatə edəcək.

 

Bu haqda Modern.az-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. 

 

Fevralın 15-də Bakı vaxtı ilə saat 22:55-dən 02:47-dək baş verəcək Günəş tutulması Sakit və Atlantik okeanı hövzələri, həmçinin Cənubi Amerikanın cənub hissəsini və Antarktidanı əhatə edəcək.

 

İyulun 13-də baş verəcək Günəş tutulması Sakit və Hind okeanı hövzələrində, eləcə də Avstraliyanın cənub hissəsində və Antarktidada müşahidə ediləcək.

 

Avqustun 11-də Bakı vaxt ilə 12:02-dən 15:30-dək baş verəcək Günəş tutulması isə Rusiyanın şimal-şərqini, Şimali Amerika, Skandinaviya və Çini əhatə edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu