Modern.az

Yerevanda etirazçılar yolu bağlamağa cəhd etdilər

Yerevanda etirazçılar yolu bağlamağa cəhd etdilər

Aktual

11 Yanvar 2018, 18:40

25 gün əvvəl aclıq elan etmiş “Sasna Tsrer” qrupunun üzvləri Armen Bilyanın və Smbat Barsegyanın tərəfdarları bu gün, yanvarın 11-də Ermənistan ombudsmanının ofisinin qarşısında etiraz aksiyası keçiriblər.

 

Virtualaz.org “Ermənistan Xəbərləri”nə istinadən bildirir ki, mənbəyə əsasən, nümayişçilər insan hüquqları müdafiəçisi ofisinin əməkdaşları ilə görüşüblər və bundan sonra Maştots prospekti istiqamətində irəliləyiblər. Bu prospektin Puşkin küçəsi ilə kəsişməsinə çataraq onlar yolu bağlamağa cəhd ediblər, lakin polis əməkdaşları etirazçıları küçənin hərəkət hissəsindən uzaqlaşdıra biliblər.

Erməni nəşri xatırladır ki, Armen Bilyan və Smbat Barsegyan dekabrın 19-da aclıq elan ediblər. Onlar “Nubaraşen” cinayət-icra müəssisəsindən “Armavir” həbsxanasına köçürülmələrini tələb edirlər.

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu