Modern.az

Azərbaycan nümayəndə heyəti İrana gedir

Azərbaycan nümayəndə heyəti İrana gedir

11 Yanvar 2018, 20:02

İqtisadiyyat naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İrannın Azərbaycandakı səfiri Cavad Cahangirzadə ilə görüşüb.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və İran arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb, əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

 

Səfirlə Azərbaycan nümayəndə heyətinin İrana nəzərdə tutulan səfərinə, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 12-ci iclasının keçirilməsinə, Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin maliyyələşdirilməsinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu