Modern.az

Türkiyə müsəlman ölkələrinə çağırış etdi

Türkiyə müsəlman ölkələrinə çağırış etdi

11 Yanvar 2018, 20:16

“ABŞ-ın təhdidləri işə yarasa, rəsmi Vaşinqton BMT-dəki səsvermələr zamanı bu qədər əzici məğlubiyyətlə qarşılaşmazdı. Deyək ki, ABŞ Fələstinə yardımları dayandırdı. Bəs biz nə üçün varıq?”. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.

 

Nazir ümid etdiyini bildirib ki, digər müsəlman ölkələri də eyni həssaslığı nümayiş etdirəcək: “Qüds səsverməsi zamanı təzyiqdən qurtulmaq üçün tətilə gedən ölkələrin səfirləri isə bundan sonra Qüds, Fələstin və Qəzza barəsində daha həssas olacaqlar. Biz humanitar yardım və inkişaf layihələri zamanı da Fələstini heç bir zaman tək qoymadıq, siyasi cəhətdən də yalnız buraxmayacağıq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu